Karian (corian) nədir?

Karian (corian) təbii minerallar və akrilikin xüsusi kimyəvi maddələr ilə birləşdirilməsindən əldə olunur. Kariandan hazırlanan dəzgahlar gün ərzində tez-tez su ilə təmasda olan yerlər üçün ideal bir materialdır. Rəng və dizayn seçimi olduqca geniş olduğu üçün bir çox proyektlərdə və dekorasiya məqsədi üçün də istifadə oluna bilər. Belə ki, NSF/ANSI 51 sertifikatına malik olan bu material kif və bakteriyaların yaranmasının qarşısını alır. Uzun ömürlü, gigeyinik, dayanıqlı və olduqca zərif  olan bu material mətbəxlə yanaşı ofislərdə, yeməkxanalarda, labaratoriyalarda, otellərdə, mağazalarda və s. yerlərdə geniş istifadə olunmaqdadır. Beləliklə dünyanın, dillərin və modanın fərqliləşdiyi bir zamanda karianı bir “əsər”ə çevirmək isə dizayner və memarların üzərinə düşür.

Zəng Et