Membran nədir ?

Membran nədir?Mebel səthləri üçün Avropadan idxal edilən PVS folqa Dünya Səhiyyə Təşkilatının təsdiqini almış, səhiyyə normalarında kanserojen maddə ehtiva etməyən bir PVC məhsuludur. Səthi antibakterial olmaqla diqqət çəkməkdədir. MDF istənilən ölçülərdə kəsilib CNC dəzgahlarında işləndikdən sonra yapışqan tapançasının köməyi ilə səthinə PVC yapışqan çəkilir. Kleylənib hazırlanan məhsulun səthinə vakuum pres və ya membran presin köməyi ilə PVC folqa basılır. Membran (PVC) qapaq olduqaca uzun ömürlü və çox asan təmizlənən bir qapaqdır. Üstün cəhətlərindən biri də odur ki, olduqca çox rəng, model və dizaynlarda hazırlana bilir. Müasir dövrdə bazara bir çox alternativ məhsullar çıxarılmasına baxmayaraq hələ də istehsalçı və istehlakçıların seçimində ən çox önəm verdiyi məhsullar sırasındadır.

Zəng Et